Beynəlxalq Yük Bazarı
Tez-tez verilən suallar
Elan yerləşdirmək pulsuzdurmu?
Bəli. Qeydiyyat, yük və maşın elanları, təkliflər və yazışma tamamilə pulsuzdur. Ödənişli olan yalnız könüllü "Yuxarı qaldır" və "VIP elan" xidmətləridir.
Elanım niyə dərhal görünmür?
Yeni şirkətin ilk elanı və şübhəli görünən elanlar (məsələn, bazardan çox aşağı qiymət) moderatora göndərilir. Adətən qısa müddətdə yoxlanılır və təsdiq olunanda bildiriş alırsınız.
Yaşıl "yoxlanılmış" nişanını necə alım?
Kabinet → Yoxlama səhifəsindən VÖEN çıxarışı, lisenziya və ya sığorta sənədini yükləyin. Administrasiya yoxladıqdan sonra şirkətinizin adının yanında yaşıl nişan görünür və gündəlik limitlər artır.
Daşıyıcı ilə necə razılaşım?
Elan səhifəsindən təklif göndərin və ya qəbul edin, sonra yazışmada detalları dəqiqləşdirin. Təklif qəbul edildikdən sonra "Sövdələşmə" səhifəsində daşımanın vəziyyətini izləyə, sifariş-müqavilə və CMR çap edə bilərsiniz.
Sayt daşımaya və ödənişə zəmanət verirmi?
Xeyr. yukum.az tərəfləri bir araya gətirən platformadır; qiymət, ödəniş və sığorta tərəflər arasında razılaşdırılır. Yoxlanılmış şirkətlərə, reytinqə və rəylərə diqqət edin, razılaşmanı yazılı rəsmiləşdirin.
Uyğun yük çıxanda necə xəbər tutum?
Yük tap səhifəsində istiqaməti seçib "Yeni elan gələndə xəbər ver" düyməsini basın. Bildiriş saytda, e-poçtla, telefonda (push) və Telegram-ı qoşmusunuzsa Telegram-da gəlir.
Telegram-ı necə qoşum?
Kabinet → Bildiriş ayarları səhifəsində "Telegram-ı qoş" düyməsini basın — bot açılacaq, "Start" basın. Bundan sonra bütün bildirişlər Telegram-a da gələcək.
Qiymət təyin edərkən nəyə baxım?
"Bazar qiymətləri" səhifəsində marşrutlar üzrə orta €/km tarifini, "Kalkulyator" səhifəsində isə məsafə, müddət və təxmini qiyməti görə bilərsiniz.
Cavab tapmadınız? Əlaqə →